Haqqımızda

“Auto City” şirkəti 2016-c ildən fəaliyyət göstərir.

Şirkətin əsas fəaliyyət istiqamətləri Cənubi Koreya, Yaponiya, Çin və ABŞ kimi nəhəng avtomobil mərkəzlərinin daxili bazarlarında nəqliyyat vasitəsinin axtarıb tapılması, texniki baxışdan keçirilməsi və dərindən yoxlanılması, seçilmiş nəqliyyat vasitəsinin həmin ölkələrdən birbaşa Azərbaycana göndərilməsi üçün tələb olunan sənədlərin qaydaya salınması (hazırlanması), nəqliyyat vasitəsinin gəmi ilə yola salınması və daşınması müddətində vəziyyətin daim diqqətdə saxlanması, bu barədə sifarişçiyə mütəmadi olaraq məlumatın verilməsi yönündə tam çeşidli xidmətlərdən ibarətdir.

Biz uzun illərin təcrübəsinə arxalanan və daim təkmilləşən; keyfiyyətli və büdcəyə uyğun nəqliyyat vasitəsinin alımasına, sürətli və etibarlı daşınmasına zəmanət verən; sənədlərin rəsmiləşdirilməsini daha da asanlaşdıran bir sistem qurmuşuq.

Fəaliyyətimizin prioritet istiqaməti — nəqliyyat vasitəsini almazdan öncə onun vəziyyəti haqqında alıcılara maksimum məlumat verməkdir. Biz Cənubi Koreya, Yaponiya, Çin və ABŞ-da fəaliyyət göstərən müxtəlif dilerlərin çoxsaylı təklifi arasından müştərilərimiz üçün ən yaxşı variantı seçirik.

Biz sosial mediada

V.İsmayılov

"
Biz öz işimizlə ən uzaq məsafələri daha yaxın etməyi bacardıq!

Bizə qoşulun!

0

İllik

Təcrübə

0
Peşəkar mütəxəssis
0 +
Xarici avtobazar
0 +
Məmnun müştəri

Ən çox verilən suallar

Xarici ölkələrin daxili avtomobil bazarlarından və auksionlarından arzuladığınız avtomobilləri “Auto City” şirkətinin təklif etdiyi aşağıdakı vasitələrlə sifariş edə bilərsiniz:

– Saytımızın əlaqə buttonunu klikləyərək;

– Satış təmsilçilərimizə müraciət edərək;

– Bakıda yerləşən ofisimizə gələrək.

Xarici ölkədən sifariş olunan avtomobilin çatdırılma müddəti bir neçə faktordan asılıdır və təxminən 6-8 həftədən sonra öz sahibinə qovuşur.

Satın alınan avtomobilin yerləşmə məkanı (ölkə, bazar və ya auksion) və göndərişin həyata keçirildiyi liman da vacib rol oynayır. Əlverişsiz hava şəraiti səbəbindən nəqliyyatın daşınması müddəti arta bilər.

Əlbəttə. Siz arzusunda olduğunuz istənilən nəqliyyat vasitəsini “Auto City” şirkətindən sifariş verə bilərsiniz. Saytımızda və xarici ölkələrdə fəaliyyət göstərən rəsmi tərəfdaşlarımızın avtomobil portallarından tapa bilmədiyiniz nəqliyyat vasitəsini sifariş etmək üçün bizə müraciət etməyiniz xahiş olunur.

Müraciətinizə ən qısa zamanda baxılacaq və mütəxəssislərimiz tərəfindən sizinlə əlaqə yaradılacaq.

Maraqlandığınız nəqliyyat vasitəsinin qiymətini və çatdırılma vaxtını hesablamaq üçün saytımızda yerləşdirilmiş onlayn kalkulyatordan istifadə edə bilərsiniz.

Kalkulyatorda təyin etdiyiniz parametrlərə uyğun olaraq seçilmiş avtomobilin təqribi qiymətini dərhal öyrənmək mümkündür.

Xarici ölkələrdən sifariş olunan avtomobillər Azərbaycana dəniz nəqliyyatı (gəmi) vasitəsi ilə çatdırılır. Nəqliyyat vasitəsi əvvəlcə konteynerə yerləşdirilir, daha sonra gəmiyə yüklənilir. Sonuncu etapda mütəxəssislərimizin müşayiəti ilə konteynerin boşaldılması prosesi baş verir.

Qeyd edək ki, dəniz nəqliyyatı daşınma üçün ən geniş yayılmış, ucuz və təhlükəsiz üsuldur.

Müştəri və tərəfdaş etimadı – işimizin ən dəyərli tərəfidir və biz bu dəyəri qoruyub saxlamaq üçün mümkün olan və mümkün olmayan bütün səyimizi sərgiləyirik. İllərdir qurduğumuz rahat və şəffaf biznes modeli sayəsində yüzlərlə insanı öz arzuladıqları avtomobilə qovuşdurmuşuq və bu fəaliyyətimizlə fəxr edirik!

Üzlərində təbəssüm yaratdığımız insanların arasında sizi də gözləyirik!

Auto City © 2023. Bütün hüquqlar qorunur!